Ağdamda yol çəkən texnika minaya düşdü - YENİLƏNİB

Ağdamda yol çəkən texnika minaya düşdü - YENİLƏNİB
Siyasət 843

Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

*** 13:07

Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində traktor tank əleyhinə minaya düşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, nəticədə texnikaya ciddi ziyan dəyib: "İlkin məlumata görə, sürücü xəsarət almayıb".

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər