Ağ Evin əməkdaşında koronavirus aşkarlandı

Ağ Evin əməkdaşında koronavirus aşkarlandı
Siyasət 163

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yoluxanlar arasında ABŞ vitse-prezidenti Mayk Pensin ofisindəki məsul şəxslərdən birinin adı da var.

Bununla bağlı Pensin mətbuat katibi Keti Miller yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, virus testinin cavabı müsbət olan əməkdaş nə Penslə, nə də ABŞ Prezidenti Donald Trampla təmasda olmayıb.Bundan başqa, ABŞ-ın Avropadakı hərbçilərinin 35-də koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə ABŞ-ın Avropa komandanlığının (EUCOM-u) rəhbəri general Tod Uolters bildirib.

"Bizim təxminən 72 min hərbçimiz (Avropada) mövcuddur. Hazırda təxminən koronavirusla (xəstəliklə) bağlı 35 məlumat var", - general brifinqdə deyib.

O, hərbçilərin hansı ölkələrdə xəstələndiklərini dəqiqləşdirməyib.

Son xəbərlər