Ağ Evdən “Tramp koronavirusa yoluxdu” xəbərinə CAVAB

Ağ Evdən “Tramp koronavirusa yoluxdu” xəbərinə CAVAB
Siyasət 1005

ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxması xəbərlərinə Ağ Evdən münasibət bildirilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Stefani Qrişam Trampın səhhətinin əla olduğunu açıqlayıb:

“Prezident koronavirus testindən keçmədi. Çünki nə virus yoluxma ehtimalı olan şəxslərlə uzun müddət təmasda olub, nə də özündə virusla bağlı hər hansı bir əlamət aşkarlanmayıb. Xüsusi həkimi onun vəziyyətini yaxından nəzarətdə saxlayır”.

Qeyd edək ki, son 10 gündə Trampın iştirak etdiyi tədbirlərdə bəzi şəxslərdə koronavirus aşkarlanması onun da virusa yoluxduğu barədə iddiaların ortaya çıxmasına səbəb olmuşdu.

Son xəbərlər