Afrika sahillərində girov götürülən gürcüstanlı dənizçilər azad olundu

Afrika sahillərində girov götürülən gürcüstanlı dənizçilər azad olundu
Siyasət 109

Gürcüstan hakimiyyəti may ayının əvvəlində Qabon sahillərində girov götürülən iki dənizçini azad etməyə müvəffəq olub.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bazar günü dərc olunmuş məlumatında deyilir.

"Xarici İşlər Nazirliyi, Gürcüstanın Cənubi Afrika Respublikasındakı səfirliyi və Dəniz Nəqliyyatı Agentliyinin səyləri nəticəsində mayın 21-də gürcü dənizçiləri əsirlikdən xilas ediliblər. Onlar Nigeriyada tibbi müayinədən keçirlər, sağlamlıqları qənaətbəxşdir. Dənizçilər yaxın günlərdə vətənlərinə qayıdacaqlar", - feysbukda qeyd edilən məlumatda bildirilib.

Xatırladaq ki, mayın 2-də Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi Qabonun ərazi sularında lövbər salmış gəmidən ikisi Gürcüstan vətəndaşı olan üç dənizçinin qaçırıldığını bildirib. Qaçırılan üçüncü dənizçidir Rusiyadan olan gəmi kapitanıdır. Onun sonrakı taleyi məlum deyil.

Son xəbərlər