Nigeriya sahillərində girov götürülən 15 türkiyəli dənizçi xilas edilib
Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən girov götürülən 15 türkiyəli dənizçi xilas edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə CNN Türk televiziyası məlumat yayıb.
Bildirilib ki, hazırda Nigeriyada olan dənizçilərin səhhəti normaldır.
Qeyd edək ki, bu il yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Siyəzən rayonunda dəfn edilib.
Oxşar xəbərlər
Çavuşoğlu dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı dənizçidən danışdı - VİDEO
"Həyatını itirən azərbaycanlı qardaşımızın cəsədi gəmidən götürülərək Qabona aparılıb. Orada İslam qaydalarına uyğun şəkildə kəfənlənib". BAKU.WS "Haber Global"...