Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı yeni FAKTLAR

Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı yeni FAKTLAR
Siyasət 109

Yunanıstanın Sahil Mühafizəsi tərəfindən atəşə tutulan heyətində azərbaycanlıların da olduğu “Anatolian” adlı gəmi Türkiyənin Çanaqqala boğazına yan alıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Komandanlığının iki gəmisinin müşayiət etdiyi gəmi Qaranlıq liman adlı ərazidə lövbər salıb.

“Əvvəlcə iki gəmi gəldi, atəşə davam etdi. Gəminin “körpü üzəri” dediyimiz hissəsinə doğru nişan aldılar, ora atəş açdılar. Türkiyə gəmilərinin gəldiyini gördükdə bölgəni tərk etdilər.

Anons edə bilərdilər. Gəmini dayandırmağın bir çox yolu, üsulu, qaydası var. Məhkəmə qərarı verə bilərdilər, bayrağın aid olduğu dövlətə xəbərdarlıq edə bilərdilər. Məlumat verib, icazə ala bilərdilər. Biz tək gəmi deyilik ki, o sularda minlərlə gəmi var”, - deyə gəminin aid olduğu şirkətin rəsmisi Cengiz Oluc bildirib.

C.Olucun sözlərinə görə, hadisə zamanı “körpü üzəri” adlanan hissədə şüşə sınıb, bundan başqa gəmiyə zərər dəyməyib.

Son xəbərlər