Rusiya ordusunu dayandırmağın yeganə yolu açıqlandı
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolu barədə danışıb. O deyib ki, bunun üçün Ukrayna tərəfinə tankların, döyüş təyyarələrinin və zenit-raket komplekslərinin çatdırılması davam etməlidir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün “Twitter“ səhifəsində Buçada baş verən hadisələri şərh edərkən yazıb:
“Buçadakı qətliam sübut edir ki, Rusiyanın ukraynalılara nifrəti Avropanın İkinci Dünya Müharibəsindən bəri gördüyü hər şeyi alt-üst edir”.
O bildirib ki, müharibə dəhşətlərini dayandırmağın yeganə yolu Ukraynaya Rusiya ordusunu mümkün qədər tez qovmaqda kömək etməkdir:
“Tərəfdaşlar ehtiyaclarımızı bilirlər. Tanklar, döyüş təyyarələri, zenit-raket sistemləri”.
Oxşar xəbərlər
Ukraynanın paytaxtı bombalanır - FOTO/VİDEO
Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarından etibarən havadan zərbələr endirilib. BAKU.WS xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkədə pay...