ABŞ “Xiaomi” ilə əməkdaşlıq üçün qadağanı aradan qaldırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Federal Məhkəməsi Çinin aparıcı smartfon istehsalçısı "Xiaomi" ilə əməkdaşlıq üçün qadağanın qüvvədə olmasını dayandırıb.
BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyi "Xiaomi" və daha bir neçə Çin şirkətini "qara siyahı"ya daxil edib.
ABŞ hakimiyyəti nümayəndələrinin fikrincə, siyahıda yer alan istehsalçılar Çinin hərbi-sənaye kompleksi və xüsusi xidmət orqanları tərəfindən idarə olunur və ya onlarla əməkdaşlıq edirlər. Bu səbəbdən şirkətlərlə əməkdaşlıq milli təhlükəsizlik üçün təhdid törədir. Sanksiyalar ABŞ vətəndaşları və şirkətləri tərəfindən istənilən maliyyə əməliyyatının həyata keçirilməsi üçün qadağanı nəzərdə tutub.
Çin şirkəti ABŞ məhkəməsinə müraciət edərək "qara siyahı"ya daxil edilmənin qeyri-konstitusion olduğunu, ABŞ hakimiyyətinin isə "Xiaomi" şirkətinin xüsusi xidmət orqanları ilə əlaqəsinin olması barədə sübutlar təqdim etməməsini bildirib.
İddiaya baxan dairə məhkəməsi belə qərara gəlib ki, ABŞ Müdafiə Nazirliyinin "Xiaomi" şirkətinin ölkənin milli maraqlarını təhdid etməsi ilə bağlı gəldiyi qənaət əsassız olub.
Oxşar xəbərlər
"Xiaomi" şirkəti bu smartfonların istehsalını tamamilə dayandırmağı planlaşdırır
Son aylar ərzində "Xiaomi" şirkəti və ona məxsus "Redmi" brendi çoxlu sayda 5G dəstəkli smartfon modeli təqdim ediblər. Bununla paralel olaraq şirkət özündə ola...