ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
27
iyn
2023
22:12
ABŞ Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında bildirilir.
Məlumata görə, yardıma “Patriot” hava hücumundan müdafiə sistemləri və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər daxildir.
Kiyevə, həmçinin “Javelin” tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları və “Stryker” zirehli maşınları göndəriləcək.
Oxşar xəbərlər
ABŞ Ukraynaya 375 milyon dollarlıq yeni yardım paketi ayırıb - SİYAHI
ABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi ehtiyacları ödəmək üçün əlavə yardım elan edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat ya...