ABŞ “Taliban”la razılaşdı - Meydanı terrorçulara buraxırlar?
03
sen
2019
11:23
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “Taliban” terror təşkilatı ilə əldə edilən razılıq barədə açıqlama verib.BAKU.WS BBC-yə istinadən xəbər verir ki, razılığa əsasən ABŞ Əfqanıstandan 20 həftə ərzində 5400 əsgərini çıxaracaq.Xəlilzad razılaşma barədə Əfqanıstan rəhbərliyinin məlumatlandırıldığını söyləyib.
Maraqlısı budur ki, Xəlilzadın açıqlaması televiziyada yayımlanan zaman Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Terakt zamanı 5 nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb.Bu arada, razılaşmanın şərtlərindən biri kimi Əfqanıstan hökumətinin də “Taliban”la atəşkəs imzalamasının vacib olduğu göstərilib. Prezident Əşrəf Qaninin sözçüsü Sediq Siddiqi bu məsələdə “Taliban”dan təminat gözlədiklərini söyləyib.Qeyd edək ki, hazırda Əfqanıstanda 14 minə yaxın ABŞ əsgəri var. Bu ölkə 2001-ci ildə işğal edildikdən sonra ABŞ əsgərləri burada davamlı olaraq xidmət aparır.
Oxşar xəbərlər
NATO təyyarələrindən biabırçılıq - Yanlışlıqla sivilləri vurdu
Əfqanıstanın Loqar vilayətində NATO qüvvələrinə məxsus təyyarələr sivillərin yaşadığı məntəqələri bombalayıb.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir...