Bakıda "Taliban"la danışıqlar aparılacaq? - RƏSMİ AÇIQLAMA
25
iyn
2018
16:17
Bakıda iyunun 28-də Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.BAKU.WS xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur."Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək.Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi - İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.Kütləvi informasiya vasitələrində verilən məlumata görə Əfqanıstan Prezidenti Əşrəf Qani Talibanla sülh danışıqları üçün müraciət edib və bu xüsusda, Kabildə tədbirin keçirilməsi nəzərdə tutulur".BAKU.WS
Oxşar xəbərlər
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II...