Pakistan lunaparkında terror qurbanlarının sayı 70-ə çatdı

Pakistan lunaparkında terror qurbanlarının sayı 70-ə çatdı
Hadisə 1166

Pakistanın Lahor şəhərində bir lunaparkda terror hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, partlayış nəticəsində ən azı 70 nəfər ölüb, 300-dən çox adam isə yaralanıb. 8 kiloqram partlayıcı istifadə edildiyi təxmin edilən hücumu Taliban öz üzərinə götürüb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Partlayış zamanı ağır yaralananların da olduğu bildirilir. Ölü sayının artacağı güman edilir. Pəncab əyalətindəki rəsmi qurumlar "Gülşen İkbal" adlı lunaparkdakı bombalı hücumun bazar tətili səbəbiylə əylənməyə gələn xalqa istiqamətli olduğu bildirilib. Yaralılar arasında çox sayda qadın və uşağın olduğu deyilir.

Partlayışdan sonra xaosun yaşandığı bölgəyə çox sayda təcili yardım və polis qüvvələri cəlb edilib. Pakistan baş naziri Navaz Şərif terror hadisəsindən sonra ölkədə üç günlük yas elan edib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər