ABŞ “Huawei”yə yeni sanksiya tətbiq etdi

ABŞ “Huawei”yə yeni sanksiya tətbiq etdi
Siyasət 183

ABŞ Ticarət Nazirliyi Çinin “Huawei” şirkətinə qarşı növbəti dəfə sanksiya tətbiq edib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, 2019-cu ildə ABŞ-ın “qara siyahı”sına salınan şirkətə bundan sonra ABŞ texnologiyası ilə hazırlanmış çiplər satılmayacaq.

Həmçinin “Huawei”yə ABŞ texnologiyası əsasında çiplər satmaq istəyən xarici şirkətlər də bundan sonra ABŞ-dan lisenziya üçün icazə almalı olacaq.

Qeyd edək ki, ABŞ uzun müddətdir, Avropadakı müttəfiqləri ilə "Huawei"nin 5G texnologiyasının inkişaf etdirilməsindən kənarda saxlanılması üçün çalışmalar aparır.

Son xəbərlər