ABŞ Hərbi Hava Qüvvələrinin pilotu gözəllik kraliçası seçildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
22 yaşlı ABŞ Hərbi Hava Qüvvələrinin pilotu Medison Marş yanvarın 14-də başa çatan "Miss Amerika" gözəllik yarışmasının qalibi olub və "tacı taxan ilk əsgər" kimi tarixə düşüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrində hələ də xidmətdə olan 22 yaşlı Madison Marş keçən il “Miss Kolorado” tacı alıb.
Məlumata görə Marş, 16 yaşında ilk solo uçuşundan altı il sonra, bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasını bitirib. “Miss Kolorado” titulu müsabiqənin ulduzuna kifayət etməyib və o, “Miss Amerika”da iştirak etmək qərarına gəlib.
Amerika gözəli seçilən gənc xanım hərbidə qadın olmağın ona necə hiss etdirdiyi barədə danışıb:
“Mən mədəaltı vəzi xərçəngindən itirdiyim anamı təmsil edirəm və onun yaşaya bilmədiyi həyatı yaşayıram”.
Marş hazırda “Harvard Kennedy School”da dövlət siyasəti üzrə magistr təhsili alır.
Gözəllik yarışmasının müzakirə raundunda Marş “Amerikada narkotik problemi”nə toxunub, istedadlar raundunda isə 16 yaşında pilotluq vəsiqəsi alması barədə danışıb.
“Miss America” seçildikdən sonra onun verdiyi ilk açıqlama isə belə olub:
“Siz hər şeyə nail ola bilərsiniz. Səma sərhədsizdir və sizi dayandıra biləcək yeganə insan sizsiniz".
Oxşar xəbərlər
100 yaşında vəfat edən Kissincer kim olub? - DOSYE
ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Bu barədə “Reuters” məlumat yayıb. Tanınmış siyasətçi noyabrın 29-da Konnektikut ştatındakı...