ABŞ-də fabrikdə partlayış: 2 nəfər öldü, 9 nəfər itkin düşdü - VİDEO

ABŞ-də fabrikdə partlayış: 2 nəfər öldü, 9 nəfər itkin düşdü - VİDEO
Video
Siyasət 49

ABŞ-nin Pensilvaniya ştatında güclü partlayış baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Uest-Reading şəhərində yaşanan bədbəxt hadisə "R.M. Palmer Company" şirkətinin şokolad fabrikində qeydə alınıb.

Şahidlər fabrikdən gələn partlayış səsini eşitdiklərini və qısa müddət sonra alov gördüklərini bildiriblər.

Partlayış baş verən ünvana yanğınsöndürənlər cəlb edilib. Hadisə nəticəsində ətrafdakı yaşayış binasına ziyan dəyib. Güclü partlayışda 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Uest-Reading polisinin məlumatına görə, 9 sakin itkin düşüb.

Son xəbərlər