ABŞ-Çin danışıqları: Təbəssüm arxasında sərt reallıqlar
Baku TV-nin "Global Panorama" verilişinin budəfəki buraxılışında Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Cənubi Koreyanın Busan şəhərində baş tutan görüşdən bəhs olunub.
Bildirilib ki, sözügedən görüş iki ölkə arasında uzunmüddətli gərginliyi yumşaltmaq istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Qeyd olunub ki, tərəflər qarşılıqlı tarifləri azaldıblar. Bundan əlavə, Si Cinpin Çin tərəfindən nadir torpaq elementlərinin ixracına dair yeni nəzarət tədbirlərini bir il müddətinə dayandıracağını bəyan edib. Bu qərarlar dünya bazarlarında enerji və logistika sektorlarında sabitliyi gücləndirəcək.
Vurğulanıb ki, bu, Azərbaycan kimi enerji ixrac edən ölkələr üçün neft və qaz qiymətlərinin stabilləşməsi, xarici investisiya axınının artması deməkdir.
"Çinin nadir torpaq elementləri üzrə nəzarəti yumşaltması qlobal sənaye istehsalında Asiyadan Avropaya yeni logistik axın yarada bilər. Bu marşrutun ən rasional hissəsi Azərbaycan üzərindən keçən Orta dəhlizdir. Bu, Bakının strateji tranzit mövqeyini daha da gücləndirəcək və Azərbaycanı Çin-Avropa ticarət xəttində əsas oyunçuya çevirəcək", - deyə bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, pay...