ABŞ Rusiyaya Xəzər əməliyyatına görə xəbərdarlıq etdi (VİDEO)
Rəsmi Vaşinqton Suriyaya raket zərbələri endirdiyi üçün Rusiyaya xəbərdarlıq edib.
BAKU.WS-in məlumatına görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərin suallarını cavablandırarkən söyləyib ki, Xəzər Dənizi Donanması (Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanması) raket zərbəsi mövzusundan kənar durmalıdır.
Dövlət Departamentinin nümayəndəsi, kontr-admiral Con Kirbi Rusiyanın yaydığı görüntülərə inanmadığını bildirib: "Mən təsdiq edə bilmirəm ki, ruslar ümumiyyətlə bunu ediblər. Amma Moskva məhz bunu iddia edir, ki guya Xəzərdən Suriyaya raket zərbələri endirir. Lap deyək ki, rus hərbçilər bunu edir. Ancaq bizi Rusiyanın İŞİD bazalarını vurması deyil, başqa əraziləri vurması daha çox narahat edir".
ABŞ İŞİD-ə qarşı mübarizədə Rusiyayla əməkdaşlıq etməkdə qəti surətdə imtina edir. ABŞ rəsmiləri hesab edir ki, səmada münaqişələrin qarşısının alınması üçün müzakirələr aparmağa ehtiyac var. Hazırki vəziyyət Suriya üzərindən uçan ABŞ təyyarələri üçün təhlükədir. Pilotların təhlükəsizliyi üçün lazımi addımlar atılacaq.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan: "Putinə zəng etməyin mənası yoxdur"
"Bu şərtlərlə mənim təkrar Putinə zəng etməyimin mənası yoxdur". BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Receb Tayyip Ərdoğan Yaponiyaya gedərkən t...