ABŞ-dan Azərbaycan və Ermənistana Qarabağ çağırışı
Rəsmi Vaşinqton münaqişə tərəflərini Qarabağda gərginliyi aradan qaldırmağa və zorakılığın dayandırılmasına çağırıb.
BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
"Bizim əldə etdiyimiz səhih məlumatlara görə, Ermənistan və Azərbaycan minaatanlardan və digər ağır silahlardan istifadə edir. Nəticədə, bu, mülki əhali arasında insan ölümünə səbəb olub və kəndlərə ziyan dəyib. Biz, mülki əhaliyə istiqamətlənmiş istənilən hərbi əməliyyatları pisləyirik", - deyə Kirbi əlavə edib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ermənistan və Azərbaycan prezidentlərinə Qarabağ münaqişəsinin həllinin Dövlət Departamenti və ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq nəticəsində reallaşacağı ilə bağlı öhdəliklərini xatırladıb.
BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva Fransa prezidenti ilə görüşdü (FOTO)
Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva sentyabrın 3-də Yelisey sarayında prezident Fransua Olland...