SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan-Kanada Multikultural Mərkəzinin (Azerbaijani Canadian Multicultural Center) azərbaycanlı icması Qarabağ münaqişəsi haqqında BBC-də yayımlanan qərəzli süjetə və məqalələrə etirazını bildirib.

BAKU.WS Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, BBC-yə ünvanlanan açıq məktubda deyilir ki, azərbaycanlı icması bu yaxınlarda Qarabağda aparılan hərbi əməliyyatlar barədə dezinformasiya səciyyəli süjetlərin və məqalələrin yayımlanmasından dərin narahatlıq keçirir. "Biz, xüsusilə 29 sentyabr 2020-ci il tarixli "Ermənistan deyir ki, onun uçuş aparatı Türkiyə tərəfindən vurulub" və 28 sentyabr 2020-ci il tarixli "Azərbaycan və Türkiyə Dağlıq Qarabağın erməni əhalisini məhv edəcək" başlıqlı məqalələrdən narahatıq. Hər bir halda BBC ermənilərin əsassız iddialarını sübutsuz olaraq dərc edib. Belə əsassız iddialar şəksiz olaraq azərbaycanlıların və türklərin beynəlxalq arenadakı nüfuzunun gözdən salınmasına və ictimai fikrin ədalətsizcəsinə yönəldilməsinə xidmət edir".

Dezinformasiyaya yol verilməməsi naminə jurnalist versiyasının obyektiv olmasının vacibliyini xatırladan soydaşlarımız Britaniya KİV-nin yoxlanılmamış xəbərlər və sərlövhələr yaymasından təəssüfləndiklərini bildirərək yanlışlığın düzəldilməsinin vacibliyini vurğulayıblar: "Biz, kanadalılar, ümid edirik ki, BBC ictimai maraqdan başqa digər məqamı prioritet saymır. Biz inanırıq ki, nüfuzlu xəbər agentliyi olan BBC dərc olunmuş məqalələrdə əsassız informasiyaya yenidən baxmağa, qeyri-dəqiq informasiyanı dəqiqləşdirməyə və ictimai marağı üstün tutmağa hazırdır".
BAKU.WS