SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələr dünyanın xəbər gündəmini alt-üst etdi. Hər yerdə baş xəbərə çevrilən bu hadisələrdə erməni yalanı yenə də ayaq tutdu, amma yeriyə bilmədi.

Təəssüflə qeyd etməliyəm ki, onlar istinad üçün satqınlar tapdılar. Bu dəfə bu istinad yeri adımıza ləkə olan Azərbaycan millətinin xalqının üz qarası, zamanında Azərbaycan çörəyini yeyib harınlamış Ermənidən heç bir fərqi olmayan Arif Məmmədovdur. Bəli, adı Arif olsa da Aşotlardan fərqlənməyən vətən xaini bu gün yalan çıxışları ilə bütün dünyanı Aşotların yalanına inanmağa çağırır.

Məqsəd diqqəti sərhəddə baş verənlərə yönəltməkdi. Bu gün məlumat daxil olub ki, xüsusi təyinatlılar Əliyevlər rejimi ilə mübarizə aparan qüvvələri ovlayır. Və bu siyahıda mənim də adım var...

Əslində o, bu sözləri ilə özünü ifşa edir. Nədəmi? Gəlin əvvəlcə Arif Məmmədovun kim olduğuna baxaq. 56 yaşlı ağçaqqal millətə ağsaqqal ola bilmədi. Dövlət, xalq ona etimad göstərib ona öz adından danışmaq səlahiyyəti verəndə o, sən demə, öz çirkin niyyətini qəlbində böyüdürmüş. 2013-cü ilin iyun ayından Brüsseldə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışan bu xain vəzifəsindən sui-istifadə edərək dövlətə külli-miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz xərclənməsi ilə beynəlxalq axtarışa verilir.

Kim bilir, bəlkə də, elə o vaxtdan, bu üz qarası səfir Azərbaycanın vəsaitini ermənilərin məqsədlərinə xərcləyib. Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alan Məmmədov hələ də ifşa olunduğunu həzm edə bilmir. Azərbaycanlı çörəyi ilə böyüyən, bu vətənin havasını udub, suyunu içən və vətənini, xalqını düşmən kimi düşmənlik etməyi belə bacarmayan ermənilərə satan, sapı özümüzdən qanı başqasından olan, çörəyi dizinin üstündə Məmmədov düşmənin niyyəti aşikardır.

Azərbaycandan kənarda yaşayan, amma öz xalqının, millətinin şəhidinə sahib çıxmaq, səngərdəki əsgərlərinin yanında olduğunu hiss etdirmək məqsədilə şəxsən öz təşəbbüsləri ilə təşkil etdikləri aksiyanı ləkələmək istəyən bu tip xainə nə ad vermək olar? Etik normaları qoruyaraq biz bu şəxsin adını çəkmirik. Bəli, əslində Məmmədov özünü elə bu yalanı ilə ifşa etdi.

Bu gün yalanları ilə Ermənilərə yardım etməyə çalışan Məmmədov Xocalıda ermənilərin törətdiyi qətliamları, soyqırımı nə tez unutdu? Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri kimi çalışanda bəs niyə dünyaya Mart hadisələri, Quba soyqırımı, Sumqayıt hadisələrini, Xocalı soyqırımını hayqırıb səsimizi duyurmurdu. Bəlkə, elə o vaxtdan satılmışdı bu xain. Hər şey aşikardır. Məqsəddə, niyyətdə... Biz bu xainə veriləcək adı sizin ixtiyarınıza verdik. Çaqqallar ovlanmır, Arif Məmmədov!

BAKU.WS
VİDEO