Düşmənin atdığı iki mərmi yaşayış evinə düşdü - FOTO
Tovuz rayonunda işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu gün təxminən saat 04:00 radələrindən başlayaraq düşmən tərəfi mövqelərimizi və Dondar Quşçu, Ağdam, Öysüzlü kəndlərini artilleriya qurğularından atəşə tutub.
Atəş nəticəsində Dondar Quşçu kəndində iki evə top mərmisi düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Lakin hər iki ev tamamilə yararsız vəziyyətdədir. Hazırda ordumuz tərəfindən düşmənin bütün mövqeləri artilleriya zərbələrindən atəşə tutulur.
Düşmənin Tovuz rayon istiqamətində olan bütün mövqeləri dayanmadan atəş altında saxlanılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...