Azərbaycanın daha 200 vətəndaşı Gürcüstandan təxliyə olunur - FOTO

Gürcüstanı pandemiya səbəbindən tərk edə bilməyən 200 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, vətəndaşlar Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısına toplaşır.
Onlar xüsusi ayrılmış avtobuslarla səfirlik əməkdaşlarının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Ölkə ərazisinə daxil olandan sonra vətəndaşlara yaşadıqları yerə çatmaq üçün bir günlük icazə veriləcək.
Qeyd edək ki, bundan öncə Azərbaycan 178 vətəndaşının Gürcüstandan təxliyəsini təmin edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...
