Prezident yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

Prezident yeni icra başçısı təyin etdi - SƏRƏNCAM
Siyasət 3261

Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev mayın 13-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Qeyd edək ki, rayonun əvvəlki icra başçısı Aqil Sadiq oğlu Məmmədov deputat seçildiyi üçün vəzifəsindən azad edilmişdi.

Son xəbərlər