Oqtаy Əsədov Milli Məclisə niyə getmir? - AÇIQLAMA

“Deputat Oqtаy Əsədov Milli Məclisin plenar iclaslarında üzrlü səbəbdən iştirak etmir”.
BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.
Komissiya sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarı var:
“Karantin rejimi olduğundan, Oqtаy Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir. Ona görə də hazırda Oqtаy Əsədovun iclaslarda iştirak etməməsi üzrlü səbəblərdəndir”.
Eldar İbrahimov həmçinin əlavə edib ki, 65 yaşlı O.Əsədovun səhhətində heç bir problem yoxdur.
Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin sədri olub. O, VI çağırış Milli Məclisə seçkilərdə də deputat seçilib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...
