86 yaşlı AMEA prezidenti istefa verdi
22
okt
2019
22:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. BAKU.WS xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək. Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub. AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir. Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.
Oxşar xəbərlər
Bu sahədə çalışanların maaşı artırıldı - 2570 manat (SİYAHI)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb....