Səlahiyyət müddəti bitmiş direktorlar: Misir Mərdanov, Akif Əlizadə... - TAM SİYAHI

Səlahiyyət müddəti bitmiş direktorlar: Misir Mərdanov, Akif Əlizadə... - TAM SİYAHI
Siyasət 1007
AMEA-nın 6 bölmə üzrə fəaliyyət göstərən 17 institutunun direktorlarının səlahiyyət müddəti bitib.BAKU.WS report-a istinadən xəbər verir ki, onların arasında AMEA prezidenti Akif Əlizadənin, sabiq Təhsil naziri Misir Mərdanovun, deputat Rafael Hüseynovun, deputat Gövhər Baxşəliyevanın da adı var.Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:Fizika İnstitutu - Nazim Məmmədovİdarəetmə Sistemləri İnstitutu - Telman ƏliyevRiyaziyyat və Mexanika İnstitutu – Misir Mərdanovİnformasiya Texnologiyaları İnstitutu - Rasim ƏliquliyevBiofizika İnstitutu – Oktay Qasımov (direktor vəzifəsini icra edən)Kimya Elmləri Bölməsi üzrə:Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu - Dilqəm TağıyevAkademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu - Vaqif FərzəliyevYer Elmləri Bölməsi üzrə:Geologiya və Geofizika İnstitutu - Akif ƏlizadəBiologiya və Tibb Elmləri Bölməsi üzrə:Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu – Ulduz HəşimovaMərkəzi Nəbatat Bağı - Vahid Fərzəliyev (direktor vəzifəsini icra edən)Humanitar Elmlər Bölməsi üzrə:Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu - İsa HəbibbəyliMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutu - Teymur KərimliNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi - Rafael HüseynovHüseyn Cavidin Ev Muzeyi- Gülbəniz Babaxanlıİctimai Elmləri Bölməsi üzrə:Fəlsəfə İnstitutu - İlham MəmmədzadəMilli Azərbaycan Tarixi Muzeyi - Nailə VəlixanlıAkademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu - Gövhər BaxşəliyevaXatırladaq ki, Akademiyanın Rəyasət Heyətinin bütün üzvlərinin seçkiləri beş ildən bir keçirilir.Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elan verilib. Direktor vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, həmin bölmədən olan üzvlər və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.Namizədlərin irəli sürülməsinə dair sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

Son xəbərlər