Misir Mərdanovun qızı ilə bağlı xəbər yalan çıxdı - AÇIQLAMA

Misir Mərdanovun qızı ilə bağlı xəbər yalan çıxdı - AÇIQLAMA
Şou-biznes 2091

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov qızının Təhsil Kompleksi açmasından danışıb.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Misir Mərdanov yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Bunlar hamısı boş şayiələrdir. Görünür məni istəməyən şəxslər belə məlumat yayırlar. Gözlərinizlə görmədiyiniz məsələlərə inanmayın. Qızım təhsil kompleksi aça bilər. Burada nə var? Oğurluq etmir ki? Belə şey olsa mənim xəbərim olardı, qızım hər halda bunu mənə deyərdi."

Məsələylə bağlı Samirə Mərdanova da açıqlama verib. S.Mərdanova barəsində yayılan xəbərə gülümsəyərək bildirib ki, o, Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və metodika kafedrasının dosent vəzifəsində çalışır:

"Hazırda BDU-dakı vəzifəmin başındayam. Yayılan məlumatlar tamamilə yalandır. Əgər Təhsil Kompleksini açsaydım, indi orada olardım".

Qeyd edək ki, Misir Mərdanovun qızlarından biri - Samirə Mərdanova hazırda Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və metodika kafedrasının dosent vəzifəsində çalışır, filologiya elmləri namizədidir.

Xatırladaq ki, Vergilər Nazirliyi sentyabrın 5-də "Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54, nizamnamə kapitalı 500 manat, qanuni təmsilçisi isə Azərbaycanın keçmiş təhsil nazirinin qızı - Samirə Misir qızı Mərdanovanın olduğu bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər