Misir Mərdanov: "Vəzifədən gedəndən sonra əsəb pozuntusu keçirmədim" (VİDEO)
ATV telekanalında yayımlanan "Geriyə baxanda" verilişinin qonağı keçmiş təhsil naziri Misir Mərdanov olub.
BAKU.WS xəbər verir ki, verilişdə müxtəlif məqamlara toxunan nazir Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Daha sonra keçmiş nazir vəzifəsindən getdikdən sonra başına gələnləri, həyatının necə dəyişdiyindən danışıb. O bu vəzifəsinindən gedəcəyini qabaqcadan bildiyini, buna hər zaman hazır olduğunu söyləyib. Hazırda qohumlarına və dostlarına daha çox vaxt ayırdığını söyləyən Mərdanov nazir işlədiyi müddətdə bunun mümkünsüzlüyündən söz açıb.
"Mən vəzifədən gedəndən sonra gördüm ki, oğlum hara getsəm mənimlə gəlir, məni tək qoymaq istəmir. Bir dəfə mənə dedi ki, bir həkim var deyir gecələr rahat yata bilməsə bir dərman deyərəm içər. Onda rahat yata biləcək. Cavabında dedim ki, get o, həkimə de ki, mən çox rahat yatıb-dururam. Mən bu vəzifədən getməyə hazır idim. Vəzifədən gedəndən sonra isə heç bir ciddi əsəsb pozuntusu keçirmədim. İndi hara gedirəmsə mən böyük hörmətlə qarşılanıram", - deyə Misir Mərdanov bildirib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Məleykə Əsədova: “Uşaqlarım vaxtından əvvəl doğulub sonra da ölürdü” (VİDEO)
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə ATV-də yayımlanan "10-dan sonra” verilişində qonaq olub. BAKU.WS x...