8 ildir komada qalan tanınmış aktyorun SƏHHƏTİ İLƏ BAĞLI AÇIQLAMA - FOTO
8 ildir komada qalan türkiyəli aktyor və aparıcı Kenan Işıkdan xəbər var.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun yaxın dostu Ozan Zeybek illər keçməsinə baxmayaraq, Kenanın xarici görünüşünün dəyişməz olaraq qaldığını bildirib:
"Kenanın müalicələri normal gedir. Hər gün üzü təraş olunur, vaxtında qidalandırılır. Adətən yataq xəstəsi olan adamlarda müəyyən yaralar meydana gəlir, xeyli çəki itirirlər. Kenan isə buraxdığımız kimidir. Ailəsi ona çox yaxşı baxır".
Xatırladaq ki, 2014-cü ildə idman etdikdən sonra saunaya girən Kenan Işıkın qəfildən halı pisləşib və tarazlığını itirərək yıxılıb. Bu zaman aktyorun başı yerə dəyib və beyninə qan sızıb. O gündən aktyor 8 ildir ki, xəstəxanada koma vəziyyətindədir.
Oxşar xəbərlər
Cənubi Koreyada “beyin yeyən” parazitlə ilk yoluxma halı qeydə alınıb
Cənubi Koreyada insan beyninə nüfuz edən “Negleria Fowler” tipli amöbə yoluxmanın ilk halı qeydə alınıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “...