VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.
Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.

BAKU.WS