VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun kurasiyasında olan bəzi saytlara qadağa qoyulub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq anews.az, publika.az və aznews.az saytları haqqında məhkəmə qərarı da qəbul edilib.

Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə sözügedən saytların rəhbərlərinin İnternet informasiya ehtiyatlarına müraciətlərinin dərhal məhdudlaşdırılması haqqında qərar qəbul edilib.

Qərarda deyilir ki, “ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin maraqlı şəxs www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında mülki işə baxaraq qət etdi:

www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciət dərhal məhdudlaşdırılsın.

Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Anews.az saytından bildirilib ki, onların bu və ya digər formada Əli Həsənovla hər hansı bağlılıqları olmayıb.

BAKU.WS