SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Gündüz Kərimovu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə müdir təyin edib. 

BAKU.WS Gündüz Kərimov haqqında bəzi məlumatları oxuculara təqdim edir:

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göy-Göl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-2000-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə ABŞ İndiana Universitetinin magistraturasını bitirib.

Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir. 

2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib. Azərbaycan Respublikasının patent müvəkkilidir. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvüdür.

1 iyul 2017-ci il tarixdən Fransanın paytaxtı Paris şəhərində yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin Azərbaycandan üzvüdür.

Evlidir, iki övladı var.

Qeyd edək ki, Gündüz Kərimov 14 noyabr 2017-ci ildə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilib.

BAKU.WS