Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

14
noy
2019
18:28
Nazirlər Kabinetinin səlahiyyəti artırılıb.BAKU.WS-in məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı bu gün fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.İndiyə qədər Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək səlahiyyəti olub. Dəyişikliyə əsasən, Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq verəcək.
Oxşar xəbərlər
Prezident Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verdi
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib. BAKU.WS-in məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Baytarlıq haqqında” Azərbaycan R...
