Türkiyənin ölkəmizdəki səfiri: Dünya bizə qarşı qara təbliğat aparır - VİDEO

21
okt
2019
21:58
Türkiyənin Azərbaycandakı səfirliyində “Barış Pınarı” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib. Səfir Erkan Özoral jurnlistlərin suallarını cavablandırıb: “Doqquz il ərzində Suriya daxilində gedən müharibədə Suriya xalqından sonra ən çox Türkiyə zərər görüb”. Səfir bildirib ki, hazırda Türkiyədə 3.6 milyondan çox suriyalı qaçqın var.Erkan Özoral həmçinin “Barış Pınarı” və digər hərbi əməliyyatların Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət edəcəyini deyib. Səfir bildirib ki, əməliyyat zamanı sivil vətəndaşların zərər görməməsi üçün türk ordusu lazımi addımlar atır.Erkan Özoral dünya mediasında bir çox saxta görüntülərdən istifadə olunduğunu da vurğulayıb, dünyanın Türkiyəyə qarşı qara təbliğat apardığını təəssüflə qeyd edib.Qeyd edək ki, 120 saatlıq atəşkəsin müddəti sabah axşam saatlarında bitəcək və terrorçuların razılaşdırılan mövqelərə çəkilməyəcəyi təqdirdə “Barış Pınarı” əməliyyatı davam edəcək.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Türkiyə Suriyadakı əməliyyatları dayandırdı
Türkiyə və ABŞ terrorçuların Suriyanın şərqində tamamilə yox edilməsi mövzusunda ortaq qərar qəbul ediblər.BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Prezide...