Baş konsul: “Barış pınarı” əməliyyatı ilə yaradılan "terror dəhlizi"ni məhv etdik"

Baş konsul: “Barış pınarı” əməliyyatı ilə yaradılan  terror dəhlizini məhv etdik
Siyasət 223
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatla bağlı öz fikirlərini bölüşüb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, diplomat hərbi əməliyyatın Türkiyə üçün əhəmiyyətinə toxunub.“Barış bulağı" əməliyyatı Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək baxımından olduqca önəmlidir. Bu əməliyyatla PKK/PYD terror qruplaşmasının yaratdığı terror koridorunu tamami ilə məhv etdik.Bütün dünya içtimaəti məlumatlı idi ki, bu terror qruplaşmaları Suriya ərazisində demoqrafiq vəziyyəti dəyişməyə çalışırdılar.Çox təəssüf ki, bəzi ölkələr buna göz yumur. Silahlı qüvvələrimizin keçirdiyi əməliyyatla suriyalı qaçqınlar öz torpaqlarına dönəcəklər".

Oxşar xəbərlər

Son xəbərlər