VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eynulla Fətullayev yazır

Oktyabrın 19-u Bakıda qeyri-adi bir gün keçdi. Cəmiyyətin cüzi hissəsi olan müxalifət, yəqin ki, ötən günü xəyallarında inqilabi rəngə boyadı, amma gün narazılar üçün heç də qeyri-adi olmadı. İstənilməyən flaşmoba xüsusi diqqət cəlb edə bildilər, lakin hakimiyyətin icazə vermədiyi etiraz mitinqi ölkədəki siyasi vəziyyəti dəyişdirmədi.

Artıq bir neçə həftədir ki, müxalifət ciddi-cəhdlə paytaxtın mərkəzinə girməyə çalışır. Əvvəlki analitik təhlilərimizdə ənənəvi müxalifətin cəmiyyətin laqeyd və siyasətdən uzaq hissəsi hesabına sosial bazasını genişləndirmək cəhdləri barədə yazmışdıq. Taktiki məqsəd aydın və sadədir - asayiş keşikçiləri ilə qarşıdurma yolu ilə əhalinin əksəriyyətinin rəğbətini qazanmaq, hakimiyyətlə real və ekvivalent mübarizənin təqlidini yaratmaq, hakim elita ilə qarşıdurmanı şiddətləndirmək, hakimiyyəti amansız - avtoritar bir siyasi qüvvə kimi təqdim etmək.

Hərçənd post-liberal mərhələdə olsa da, sivil dünya insanların təbii iradəsi ilə ekstrasistem konyunkturası arasında keçilməz və görünən bir xətt çəkib. Londonda, Frankfurtda və ya Budapeştdə sistemdən kənar bir marjinal təşkilatın icazəsiz etirazı ilə qarşılaşdıqda hər hansı sivil hökumət nə edir?! Əgər mitinq kütləsi qadağanın qırmızı xəttini keçib və sindikatizm naminə qanunla müəyyən olunmuş, ümumi qəbul edilmiş qaydanı pozursa, onda səhnədə təcavüzkar küçəni dağıdan qərəzsiz, nəzakətli, kiçik adamlar peyda olurlar.

Azərbaycan hakimiyyəti Əli Kərimli və Xalq Cəbhəsi olaraq müxalifətçilərin Bakının Lökbatanın qəsəbəsinə toplaşmasına yenidən icazə verdi. Kərimli və ətrafındakılar bir daha hakimiyyətə qarşı mübarizədə ən yaxşı metod kimi qarşıdurma yolunu seçərək onun təklifini rədd etdilər. Seçki yox və seçki yarışı yox, təşviqat və seçicilərlə işləmək yox, hakimiyyətə qarşı qəsdən, ümumiyyətlə süni, əsassız "parlaq-dramatik" müqavimət. Əli Kərimliyə - fırtınalı 90-cı illərin Maydan hərəkatının şinelindən düşən bu son Mogikana, dar bir sosial etirazı paytaxtın mərkəzinə köçürmək vacibdir. Nəyin bahasına olursa-olsun!

1990-cı ildən bəri-Cəbhə öz xain barrikadalarına insan qanı tökdüyü gündən etibarən hərəkat liderləri hakimiyyətə qarşı ümumi xalq hərəkatını səfərbər edə bilmirlər - bütün siyasi proses eyni narazı insanların dəyişməz sosial qrupunun hüdudlarında ilişib qalır. Opponentlər razılaşmaya bilərlər – bəs 1992-ci il? Təkcə məhz həmin il, o zamankı iqtidarın zəifliyi səbəbindən Kərimli və onun üsyankar fikirli insanları dar bir sosial etirazı mərkəzi siyasi hakimiyyətin yamağına keçirə bildilər. Kərimli indi də onu etməyə çalışır.

1992-ci il martın 5-dən 6-na keçən gecə bir neçə yüz iğtişaşçı şəxs prezidentin olduğu parlament binasını blokadaya aldı ... Cəbhə tərəfindən bu tarixi seqmentdə də qanuni hakimiyyətin yerdəyişməsi üçün mənasız bir sxemin tətbiqinə eyni cəhd edilir. Milli demokratlar seçkilər zamanı xalqın qəzəbini doğurmaq gücündə deyillər. Tarixin özü tərəfindən etibardan salınmış bu Cəbhə tərəfdarlarına aktiv paytaxtdan kənarda ictimai və siyasi etirazların canlanmasına nail olmaq olduqca çətindir.

Tək fürsət – ümidsiz cəhdlərlə, onlarla tərəfdarın həbsinə qədər, bütün doğru və yalanlarla konsentrasiyaya, qoy lap çoxsaylı olmasın, amma Bakının mərkəzində inadkar etiraza nail olmaqdır. Əsası hakimiyyətin qapısına çatmaq, döymək və sındırmaqdır. Mən yazılarımda dəfələrlə təkrar etmişəm ki, Kərimli möhkəm qayaya rast gəlmiş paslı bir hörükdür. Və Cəbhə, çıxılmaz və faydasız cəhdləri ilə Qorbaçov formasiyasının komik Vəzirov və ya cansız Mütəllibov kimi siyasətçilərinin üstünə getmir, xarizmatik, ehtiraslı və parlaq siyasətçi İlham Əliyevlə rastlaşır.

Bundan əlavə, Əliyev açıq siyasətçidir, daim dialoqa və islahatlara çağırır. Əliyev Mütəllibov deyil ki, İsgəndər Həmidov və ya Pənah Hüseyn kimi bədbəxt siyasətçilərin qarşısından geri çəkilsin. Axı məhz onlar qanuni seçilmiş prezidenti cəmi bir zirehli transportyorla devirdilər. Kərimli isə həmin günlərdə qaçan OMON-un boş patronlarla açdığı atəşlərdən qorxub “Azadlıq” qəzetinin redaksiyasında gizlənmişdi. İ.Əliyev qanuni və xalqın ona hədiyyə etdiyi legitim hakimiyyəti güzəştə gedən deyil.

Yəqin ki, İlham Əliyevin bütün bu idarəçiliyi illərində Kərimli və onun azsaylı tərəfdarları Prezidentin siyasi xarakterinin gücünə əmin olublar, amma geri çəkilməyə də yer qalmayıb. Arxada qrantlar, yeni çarlıqda işıq şüası, bir sözlə, ancaq Vaşinqton var. Və budur, çökmüş politogenezin digər ekstremal sonluğu-liberalların əbədi “in”i barədə boş yerə xatırlatmadıq, söhbət dumanlı olmayan Vaşinqtondan gedir.

Belə görünürdü ki, Kapitoli Təpəliyinin ağlına gəlmədiyi halda siyasi Olimpin zirvəsinə yüksələn, amerikan izolyasionist xarici siyasət doktrinasının daşıyıcı olan Donald Trampın vaxtında suveren demokratiyaya malik ölkələrin daxili işlərinə bütün müdaxilə cəhdləri Barak Obamanın böyük xaos epoxası barədə qorxulu yuxu olacaq. Amma Cəbhənin sonuncu ümid yeri olan Hacıbəylinin-Azərbaycan hakim partiyasının keçmiş nümayəndəsinin, Əli Kərimlinin indiki tərəfdaşı Gültəkin Hacıbəylinin ABŞ səfirliyinin əməkdaşı Uilyam Solli ilə danışıqları Azərbaycan hakimiyyətinin diqqətini ciddi şəkildə cəlb elədi.

Mahiyyətcə, bugünkü etiraz aksiyası, daha doğrusu, paytaxtın mərkəzində iğtişaşlar cəhdi ABŞ-ın Azərbaycandakı səfirliyindən koordinasiya olunurdu. Nə baş verir axı? Gültəkin Hacıbəyli paytaxtın mərkəzində destablizasiya cəhdləri barədə səfirliyin informatoru qismində çıxış edərək inadla, yorulmadan Uilyama müxalifətçilərin mənzillərində internetin kəsildiyi, Kərimlinin və onun azsaylı tərəfdarlarının saxlanılması barədə danışırdı.

“Mənə Samara (Əli Kərimlinin həyat yoldaşı,-red.) zəng vurur! Evin ətrafında olduqca çox polis cəmləşib, orada çoxlu polis avtobusları var”,-bir vaxtlar İlham Əliyevin həyacanlı tərəfdaşı olan G.Hacıbəyli Böyük Qardaşa isterik tərzdə deyirdi. Bu zaman G.Hacıbəyli diplomat Sollini incə və eyni dərəcədə həyacanla sevimli Bill adlandırırdı.


Azərbaycan müxalifətinin daha bir səhvi. Amerika səfirliklərinin postsovet ölkələrindəki aliliyi dövrü çoxdan bitib, hansı ki, bir vaxtlar onların ekspansionist səlahiyyətlərini ironik tərzdə Mərkəzi Komitənin ikinci katibinin qubernator statusu ilə müqayisə edirdilər. Hacıbəylinin YAP formasiyası siyasətçisi kimi formalaşması birqütblü dünyanın sonuncu prezidenti Bill Klintonun idarəçiliyi dövrünə təsadüf edib.

Bəlkə ədəbsiz nostalgiyadır? Hərçənd Azərbaycan hökumətində dibə çökmüş Hacıbəyliyə suallar qalmayıb. Amma Azərbaycan hakimiyyətinin Uilyam Solliyə və ABŞ-ın Azərbaycandakı səfirliyinə çoxlu sualları yığıla bilər. Doğrudanmı suveren ölkənin daxili işlərinə qarışmağın yolverilməzliyi barədə Vyana konvensiyasının tələblərini kimsə ləğv edib? Bundan əlavə, Bakıda vəziyyəti qarışdırmaq istəyən sistemdənkənar müxalifətin ABŞ səfirliyi ilə koordinasiyalı fəaliyyəti barədə informasiyaya Dövlət Departamentinin reaksiyası necə olacaq?

Sözün əsl mənasında az əvvəl biz müxalifətin Qərb səfirlikləri tərəfindən rəngli inqilablar ölkəsində sınaqdan keçirilmiş qeyri-leqal mexanizmlərlə maliyyələşdirildiyi barədə narahatedici informasiya barədə yazmışdıq. Elə bu ərəfədə biz haray salırdıq ki, Böyük Britaniya səfirliyi Əli Kərimli üçün yeni intervent yardım hazırlayır-onun müavini üçün pul mükafatı qismində. Hansı ki, bu pulların ölkədə vəziyyəti qarışdırmağa sərf ediləcəyi şübhəsizdir. Və bundan sonra ABŞ səfirliyi Azərbaycanı Yaxın Şərqin alova bürünmüş ölkələrinə çevirmək arzusu ilə alışıb yanan Milli Şura ilə koordinasiyaya girir və onun səylərini dəstəkləyir?!


Digər tərəfdən, ABŞ səfirliyi situasiyanın destablizasiyasına maraq göstərməklə hansı məqsədləri güdür? Və nəyə görə G.Hacıbəyli Rusiya, İran və ya Avropa İttifaqı səfirliklərinə deyir, məhz prezidentinin başqa ölkələrin işlərinə qarışmamaq yolunu seçdiyi ölkənin-ABŞ-ın səfirliyinə zəng vurur?! Görünür amerikalılar izahat verməli olacaqlar. Müxalifətin inqilabçı fəaliyyəti isə həmin uzaq 90-cı illərin cəbhəçi paradiqmasından az qala heç nə ilə fərqlənmir.

Qanuni seçilmiş prezident Mütəllibovun devrilməsindən dərhal sonra inqilabın qaranquşlarından biri, Müsavat-ın indiki başqanı Arif Hacılı parlamentin divarları arasında qürurla deyirdi: “Mütəllibovun devrilməsi üçün biz 14 ölkənin razılığını almışdıq!” Amerikalıları və 14 ölkəni bir kənara qoyaq. Bu gün cəbhəçilərin miskin yığını polis kordonunun o tərəfindən həmin köhnə şüarı qışqırırdılar: “İstefa!” Elə şüar ki, bütün Azərbaycana böyük ümummilli məğlubiyyəti-vətəndaş müharibəsini, Qarabağın itirilməsini və tankın üstündə marketlərə pis siqaret, köhnəlmiş çörək almağa gedən gənc uşaqları xatırladır...

virtualaz.org
BAKU.WS