Misir Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Misir tərəfindən Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərilməsi imkanları müzakirə edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə müzakirə aparılıb.
Görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib.
Görüş zamanı mina təhlükəsi ilə mübarizə istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi, o cümlədən həmin ölkə tərəfindən bu sahədə dəstək göstərilməsi imkanları müzakirə edilib.
Oxşar xəbərlər
Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək?
Azərbaycan dünyanın daha bir aparıcı ölkəsi - Böyük Britaniya ilə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalayıb. Qeyd edək ki, hazırda Azərbaycan dünyanın mü...