Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO nümayəndələri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının üzv ölkələrinin səfirləri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə NATO-dakı nümayəndəliyinə istinadən xəbər verir.
Görüşdə Türkiyə, Slovakiya, Almaniya, Kanada, Danimarka, Bolqarıstan, Latviya, Lüksemburq, Böyük Britaniya, Rumıniya, Litva, Belçika, Polşa, Fransa, Estoniya, İtaliya, İsveç və Finlandiya nümayəndələri, həmçinin NATO-nun siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə Baş katibinin müavini Boris Ruqe iştirak ediblər.
Görüşdə NATO Şurasının səfirlərinin Bakıya bu yaxınlardakı səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqlar vurğulanıb.
"Tərəflər Azərbaycan-NATO uğurlu tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansın fəaliyyətinə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəsi, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında sülh gündəliyi də daxil olmaqla geniş məsələləri müzakirə ediblər", - məlumatda vurğulanır.
Within the framework of the visit to Brussels, @HikmetHajiyev, Assistant of the President of the Republic of Azerbaijan, had a remarkable meeting with the @NATO's North Atlantic Council Ambassadors of 🇹🇷, 🇸🇰, 🇩🇪, 🇨🇦, 🇩🇰, 🇧🇬, 🇱🇻, 🇱🇺, 🇬🇧, 🇷🇴, 🇱🇹, 🇧🇪, 🇵🇱, 🇫🇷, 🇪🇪, 🇮🇹, 🇸🇪, 🇫🇮, as well… pic.twitter.com/dmahjheSL1
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) November 28, 2025
Oxşar xəbərlər
Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibini Azərbaycana dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa ilə görüşüb. BAKU.WS...