Maşın cəriməsinə görə qonşusunu öldürənə ağır cəza verildi
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı çıxış edərək Elşən Rzayevin 14 il azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra hökm oxunub, Elşən Rzayev 13 il azadlıqdan məhrum edilib.
O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Təqsirləndirilənin məhkəmədə deyindən belə məlum olub ki, Elşən Rzayevə məxsus avtomobili qonşusu Bəyiş Quliyev idarə edərkən qayda pozuntusuna yol verib. Onlar arasında mübahisəyə səbəb qayda pozuntusuna görə avtomobilin sahibinin cərimələnməsi olub. Bundan bir neçə gün sonra qonşular görüşüb aralarında yaranan mübahisəni həll etməyə çalışsalar da, bu, mümkün olmayıb. Təqsirləndirilənin dediyinə görə qarşı tərəf nalayiq söyüş söydüyündən ona iki bıçaq zərbəsi vurub.
Yaralını yaxınları xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə ) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlayan şəxsi polis saxladı
Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə...