DYP-də yeni TƏYİNAT

21
avq
2019
20:43
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb.BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb.O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Oxşar xəbərlər
Vilayət Eyvazov yeni rəis təyin etdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib. BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, nazirin əmriylə...