SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Zaqatala rayonuna yeni rəis təyin edib.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirin əmri ilə bu posta Daşkəsən rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucov gətirilib.

Qeyd edək ki, bunadək sözügedən postda Adil Ələkbərov olub.

O, 3 gün öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
BAKU.WS