VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiya prezidenti Vladimir Putin Suriya dövlət başçısı Bəşər Əsədi istefa verməyə çağırıb. 

BAKU.WS Financial Times-a istinadən xəbər verir ki, bunu Qərb kəşfiyyatının yüksəksəkrütbəli zabitləri məlumat verib. Nəşrin məlumatına görə, yanvarın əvvəllərində dünyasını dəyişən İqor Serqun adında şəxs Suriyaya gedərək Putinin təklifini Əsədə çatdırıb. Əsəd isə bundan qəti şəkildə imtina edib. Əsəd o olmadan Suriya Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etməyəcəyini açıq şəkildə bildirib. 

Qeyd edək ki, Bəşər Əsəd 2000-ci ildə referendum nəticəsində Suriya prezidenti seçilib. 2011-ci ildən isə Suriyada vətəndaş müharibəsi gedir. 

Onu da bildirək Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sonradan mətbuat konfransı keçirərək Financial Times-ın xəbərini təkzib edib. 

BAKU.WS