Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bir ildən sonra Serbiya uzaqmənzilli ballistik raketlərin istehsalına başlayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Prezident Aleksandar Vuçiç Serbiya-Özbəkistan Biznes Forumunda çıxış edərkən deyib.
O qeyd edib ki, ölkəsi bununla bağlı Özbəkistanla əməkdaşlığa hazırdır.
"Müdafiə sənayesində böyük nəticələr əldə edə bilərik. Hazırda Serbiya yaxınmənzilli raketləri istehsal edir. Bir ildən sonra biz uzaqmənzilli ballistik raketlərin istehsalına başlayırıq və bu məsələdə də sizinlə əməkdaşlıq etməyə hazırıq", - deyə Vuçiç Belqradda keçirilən forumun açılışındakı çıxışında özbəkistanlı iş adamlarına bildirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...