Ziyafət Əsgərovun qardaşı işdən azad edildi
                            
                                14
                                dek
                            
                                2018
                                12:18
                            
                            
                        Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib. BAKU.WS-in Unikal.org-a istinadən məlumatına görə, Ə.Əsgərov öz istəyi ilə vəzifəsindən gedib. Qeyd edək ki, Əli Əsgərov Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun qardaşıdır.Xatırladaq ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov da öz xahişi ilə işdən azad edilib.İlqar Qurbanov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşıdır.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Cavid Qurbanovun rəis qardaşı istefa verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işdən azad edilib.BAKU.WS "qafqazin...