5+1 artıq tarixdir: Azərbaycanın "vahid 6-lıq"dakı strateji qazancı nədir?

5+1 artıq tarixdir: Azərbaycanın vahid 6-lıqdakı strateji qazancı nədir?
Video
Siyasət 6

Baku TV-nin "Global Panorama" verilişinin budəfəki buraxılışında Daşkənd sammiti ilə başlayan yeni geosiyasi mərhələ fonunda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin "5+1"dən "vahid 6-lıq" modelinə keçidi müzakirə olunub.

Bildirilib ki, Mərkəzi Asiya ölkələri 2017-ci ildən etibarən sərhəd və resurs məsələlərini üçüncü tərəflərsiz həll edən vahid regional platforma formalaşdırıblar. Səkkiz ildən sonra Daşkənd sammiti bu inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərib. Azərbaycanla münasibətlər isə əvvəlki "5+1" modelindən çıxaraq daha dərin siyasi əməkdaşlıq formatına keçib.

Qeyd olunub ki, ölkəmiz artıq dialoq tərəfi deyil, regionun qərarvermə mexanizmlərində tamhüquqlu iştirakçı kimi qəbul olunur. Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın logistika və enerji sahələrində koordinasiyaedici rolunu gücləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və Trans-Xəzər marşrutları ölkəmizi əsas tranzit mərkəzinə çevirib. Enerji resurslarının Qərbə daşınmasında Azərbaycan Mərkəzi Asiya üçün real və təhlükəsiz alternativ yol rolunu oynayır. Ortaq türk-mədəni kimlik isə artıq siyasi əməkdaşlığı gücləndirən strateji kapitala çevrilib.

"Bu proseslərin nəticəsində "5+1" modeli "vahid 6-lıq" kimi yeni geosiyasi reallıqla əvəzlənib. Azərbaycan isə bu yeni platformada həm diplomatik nüfuzunu artırır, həm də regionun siyasi ritmini müəyyən edən əsas aktorlardan birinə çevrilir", - deyə əlavə olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər