48 yaşlı aktyor ağciyər xərçəngindən vəfat etdi - FOTO
"The Passion of the Christ" filminin aktyoru Xristo Jivkov vəfat edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir ağ ciyər xərçəngindən əziyyət çəkən aktyor 48 yaşında dünyasını dəyişib.
Jivkov Los-Aancelesdə müalicə aldığı xəstəxanada vəfat edib.
Karyerasına 1996-cı ildə başlayan Xristo Jivkov əsasən İtaliya və Bolqarıstan istehsalı ekran işlərində rol alıb.
"The Passion of the Christ" ilə ulduzu parlayan aktyor gələn il nümayiş olunacaq filmin növbəti bölümündə də rol alıb.
Xatırladaq ki, "The Passion of the Christ" ilk dəfə 2004-cü ildə ekranlara gəlib. 30 milyon dollar büdcə ilə lentə alınan film 612 milyon dollar gəlir gətirib. Ekran işinin rejissorluğunu Hollivud ulduzu Mel Qibson edib.
Qalereya
Oxşar xəbərlər
İtalyan deputatlar Azərbaycana dəstək veriblər
Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azə...