SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Böhranın yaranmaması üçün cənab prezidentimiz qaz nəqli ilə əlaqədar Qətərlə yeni bir müqavilə imzalayıb. Azərbaycan, Türkmənistanla da təbii qaz və neft alışı ilə bağlı yeni razılaşma əldə oluna bilər".  
 
BAKU.WS-in məlumatına görə, Türkiyə baş nazirinin müavini Numan Qurtuluş söyləyib. Hökumət sözcüsü bildirib ki, Türkiyə təbii qaz baxımından və neft baxımından xaricdən asılı bir ölkədir. N.Qurtuluş təbii qaza görə bir problemin yaranmayacağına ümid etdiyini söyləyib. 

"İstənilən ölkə təbii qazını Avropaya keçirmək istəyirsə Türkiyənin ərazisindən istifadə etmək məcburiyyətindədir. Türkiyə enerji terminalı olmaqla yanaşı, enerji paylama mərkəzi potensialına sahibdir. Bizim belə bir imkanımız var. Ən çətin şərtlərdə belə heç bir ölkə Türkiyənin bu imkanı görməməzlikdən gələ bilməz. Ö ölkələr ki bizim imkanlarımızdan istifadə etmir, onların xərcləri artacaq", - deyə Numan Qurtuluş söyləyib
  
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın qaz nəqlini dayandırması ehtimalını nəzərə alaraq digər ölkələrdən qaz ala biləcəklərini bildirib. Prezident Rusiyadan alınan qaz və neft məhsullarına alternativlər axtarılacağını söyləyib. 
 
Şahin Həbibov