Qurumların hələ də göz yumduğu problemlər - Sürücülərin kabusuna çevrilən küçə
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Necə olmalıdır" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Yeni Yasamal ərazisi, 286 nömrəli məktəbin qarşısı, Dadaş Bünyadzadə küçəsində illərdir davam edən yol problemindən bəhs olunub.
Bildirilib ki, sözügedən küçədə asfalt örtüyünün pis vəziyyətdə olması sürücülər üçün ciddi narahatlıq yaradır. Ərazidə orta məktəbin, ictimai iaşə obyektlərinin və yaşayış binalarının olmasını nəzərə alaraq aidiyyəti qurum illərdir yaşanan acınacaqlı vəziyyətə adekvat reaksiya versə, doğru olar.
Vurğulanıb ki, adıçəkilən yolun Əsəd Əhmədov küçəsi ilə Məhəmməd Xiyabani küçəsinədək olan kəsişməsinə qədər əsaslı təmirə ehtiyacı var.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...