Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə təşkil edilib.
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 13 nəfər iştirak edib. 55 və dаhа çох bаl tоplаmış 10 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
Oxşar xəbərlər
Ülviyyə Zülfiqara vəzifə verildi
Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviri təyin edilib. BAKU.WS xəbər verir ki,...
