Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu
11
may
2025
10:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.
Oxşar xəbərlər
Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum edilib. BAKU.WS "Qaynarinfo"ya istin...